2009-cu ildə çəkilən və real hadisələrə əsaslanan Amerika dram filmidir. Bu film 1987-ci ildə çəkilən "Hatikonun taleyi" filminə əsasən çəkilmişdir. Filmin rejissoru Lasse Hallstrom və ssenarisi Stiven P. Lindsiyə məxsusdur. Filmdə baş rollarda Riçard Gir, Coan Allen və Sara Remer çəkilmişdir.
Filmin premyerası 8 avqust 2009-cu ildə Yaponiyada olmuşdur.
Əsl Hatiko Yaponiyada olmuşdur və ilk Hatiko filmi də burada çəkilmişdir. Filmdə illər əvvəl Akita iti Birləşmiş Ştatlara Yaponiyadan göndərilir, ancaq onun qəfəsi Amerikan vağzalında arabadan düşür və bu vaxt onu Parker Vilson (Riçard Gir) tapır. Stansiya müfəttişi iti kötürməkdən imtina edəndə Parker iti evinə aparır. Keyt (Coan Allen) iti evlərində saxlamağa razı olur. Növbəti gün Parker iti vağzala aparır və vağzal müffətişi itin xaltasındakı yazının yapon dilində olduğuna görə onu Yapon kollec professorunun yanına göndərir. Professor Ken (Hiroyuki Taqava) xalta 8 simvolunun olduğunu və itin adının "Hati" olduğunu deyir. Parkerdə iti Hati çağırmağı qərara alır. Bir gün Parker səhər işə gedəndə Hati də gizlicə evdən çıxdı və onun yanıyla getməyə başladı. Parker onu evə qaytardı. Parker işdən gələndə gördü ki, Hati stansiyanın yanındakı böyük ağacın qarşısındaki daşın üzərində oturub onu gözləyir. Beləliklə, Hati hər gün Parkeri stansiyaya aparır, o qatara minəndən sonra Hati evə qayıdır və Parker işdən evə qayıdan vaxt Hati stansiyaya gəlir və Parkeri evə aparır.Robbi Sablit) gəlib Hatini öz evinə aparır. Növbəti gün Hati yenidən vağzala qayıdır və bütün günü orada gözləyir.Bu vaxt Keyt evlərini satır və qızı Endi (Sara Remer)və Mayklın evinə köçür. Buna baxmayaraq, Hati ilk imkan yaranan kimi qaçır və vağzala qayıdır. O, hər gün Ces (Erik Everi) tərəfindən verilən hotdoqları yeyir. Endi bir qədər sonra gəlib çatır və onu evə aparır və ancaq stansiyaya qayıtmaq üçün növbəti gün onu azad edir.
Bu bir müddət belə davam eir. Bir gün Parker işə gedəndə Hati hürür və onun işə getməsini istəmir. Lakin Parker gedir və günorta ürək tutmasından vəfat edir. Hati vağzalda onu gözləyir və qatar gəlib çatır, amma Parker yoxdu. Hati bir neçə saat qarlı havada onu gözləyir. Bu vaxt Maykl (
Növbəti 9 il ərzində, Hati hər gün vağzalda sahibini gözləyir
. Onun şəkli qəzetdə təsvir edilir. Parkerin ölümündən sonra onun qəbrini ziyarət edib qayıdanda Keyt Hatini görür və növbəti qatarı gözləmək üçün o Hatinin yanında oturur. Hati indi qocalıb və yorğun halda gecə vağzala qayıdır və sonuncu dəfə o gözlərini bağlayır.

Əsl Hatikonun sahibi Hidesaburo Ueno 1925-ci ildə öldükdən sonra Hatiko növbəti doqquz il ərzində hər gün Şibuya vağzalında onu gözlədi. Real Hatiko 1934-ci ildə (faktiki olaraq 1935) vəfat etdi. Şibuya vağzalında onun oturduğu yerdə heykəli qoyuldu.
Və mənim
fikirlərim filim haqqinda.İlk oncə onu deyim cox filimərə baxan insan deyiləm,ancaq
yay uzunu baxilacaq uzun bir siyahi filmim var.”Hatiko” haqqinda cox eşitmişdim lakin baxmaga heç vatim
olmamişdi.Bu yaxinlarda izlədim,və heçdə peşman olmadim.Kimsə peşman olmaz
.İlk evvəl filmə baxmaga başlayanda
paxilligim tutdu,cunki həmişə balaca tam HATİKO kimi it istəmişəm.Ancaq indi
fikirləşirəmki onun kimisi əsla olmayacaq. Filimdədə qeyd edildiyi kimi Xatiko
oz sahibini seçir.Cox qəlbə toxunan bir filimdi.İnsanlarin bacarmadigi sədaqetin,
heyvanlarda oldugunu bilirdim ancaq subutuda varimiş.”Hatiko” məncə həyatda
sevginin, sədaqətin,dəyər verməyin subutudur.Sadəcə filmə baxanda duşundumki
kaş insanlar belə ola. Həyatda hec kəs tərəfindən nə o cur gozləyənimiz, nə sevənimiz,
nə dəyər verənimiz olmayacaq.Hec kəsdə olmayacaq.”Xatiko” bir itdə olsa,
insanlar ondan cox şey oyrənməlidirlər.Ancaq bunu hec vaxt etməyəcəklərinidə
bilirəm.Ozumə Xatiko kimi vəfali bir dost arzulayiiiram))